logo

ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdırlar

22:08 09-06-2021 | icon 3857
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdırlar

ABŞ şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələləri müzakirə edilib.

YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik”, - deyə nazir bildirib.