logo

Ərdoğanın gələn həftə Bakıya planlaşdırılan səfər proqramı zəngindir

16:15 09-06-2021 | icon 2037
Ərdoğanın gələn həftə Bakıya planlaşdırılan səfər proqramı zəngindir

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Azərbaycana gerçəkləşəcək səfər proqramı zəngindir. 

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bu gün parlamentdə keçirilən qrup toplantısında çıxışı zamanı məlumat verib.

Bildirib ki, iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Zirvə görüşünün ardından Bakıya səfərə gələcək.

"Brüsseldən sonra Azərbaycan paytaxtı Bakıya səfər edərək, İlham Əliyev qardaşımın qonağı olacağam. Bakıdan birlikdə Şuşaya səfər edəcəyik. İşğaldan azad edilən Azərbaycan ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər keçirəcək,  həm də müxtəlif ziyarətlər edəcəyik.

Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin də dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsəti vermişdir. Ümid edirik ki, bu fürsəti bölgədə sülhün və  sabitliyin təmin edilməsi üçün dəyərləndirəcəklər ”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

" Çərşənbə günü isə Şuşadan Bakıya səfər edəcəyəm. Əvvəlcə Bakıda hərbiçilərimizlə görüşəcək, eləcə də bir sıra digər görüşlərimn olacaq. Axşam isə  Bakıda "EURO-2020"nin final mərhələsinin qrup matçları çərçivəsində Türkiyə-Uels matçını seyr edəcəm",-deyə Türkiyə prezidenti bildirib.