logo

Ərdoğan iyunun 16-da Bakıda "EURO-2020"nin  Türkiyə-Uels matçını izləyəcək-VİDEO

15:35 09-06-2021 | icon 3990
Ərdoğan iyunun 16-da Bakıda "EURO-2020"nin  Türkiyə-Uels matçını izləyəcək-VİDEO

İyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək "EURO-2020"nin final mərhələsinin qrup matçları çərçivəsində baş tutacaq Türkiyə-Uels matçının tamaşaçıları sırasında  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən qrup toplantısında çıxışı zamanı məlumat verib.

"Bakıya səfərim çərçivəsində çərşənbə günü axşam Bakıda "EURO-2020"nin final mərhələsinin qrup matçları çərçivəsində Türkiyə-Uels matçını seyr edəcəm",-deyə Ərdoğan vurğulayıb.

 
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

"EURO-2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu

12 iyun, saat 17:00

Uels – İsveçrə

16 iyun, saat 20:00

Türkiyə - Uels

20 iyun, saat 20:00

Türkiyə - İsveçrə

 1/4 final mərhələsi

3 iyul, saat 20:00

Xatırladaq ki, mayın 15-dən etibarən EURO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb. Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:

KASSA

ÜNVAN

Köşk №1

M.Rəsulzadə 3., Bakı,

Köşk №2

Bülbül prospekti, Nizami küç., Bakı

Köşk №3

Üzeyir Hacıbəyli küç.69x, Bakı

1 saylı "ASAN xidmət” mərkəzi

Həsən Əliyev küç.36, Bakı

2 saylı "ASAN xidmət” mərkəzi

Nobelprospekti 23, AMAYT.M., Bakı

3 saylı "ASAN xidmət” mərkəzi

Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletlərin qiymətləri:

1-ci kateqoriya - 250 AZN

2-ci kateqoriya - 150 AZN

3-cü kateqoriya - 60 AZN