logo

Ərdoğan: "Brüssel səfərindən Bakıya gəlib, oradan Şuşaya gedəcəyəm"

14:49 09-06-2021 | icon 1925
Ərdoğan: "Brüssel səfərindən Bakıya gəlib, oradan Şuşaya gedəcəyəm"
"Brüsseldəki proqramımızdan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq".
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı məlumat verib.

"Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər keçirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.