logo

Bu il 85951 abituriyent ali təhsil üçün ərizə verib

14:30 09-06-2021 | icon 4977
Bu il 85951 abituriyent ali təhsil üçün ərizə verib

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatıb.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ərizə verən abituriyentlərin sayı 85951-dir. I-IV qrup üzrə 71177 abituriyent ərizə verib. Onlardan 64919-u Azərbaycan, 6258-i rus bölməsindəndir.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55808 nəfərdir, onlardan 51881-i Azərbaycan, 3927-si isə rus bölməsidir.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 60084 nəfərdir. Onlardan 57085 nəfəri Azərbaycan, 2989 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.