logo

“Xaş-xaş-2021”: Balakəndə 3 tona yaxın çətənə kolu məhv edildi

12:32 09-06-2021 | icon 532
“Xaş-xaş-2021”: Balakəndə 3 tona yaxın çətənə kolu məhv edildi

Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ümumi çəkisi 3 tona yaxın olan 4800 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.