logo

Azərbaycan Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub

11:09 09-06-2021 | icon 1862
Azərbaycan Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub

Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

 YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Nümayəndə heyətinin üzvləri Anıtqəbir muzeyi ilə tanış olub, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xatirə kitabına ürək sözlərini yazıb.