logo

Azərbaycanda daha 102 nəfər  koronavirusa yoluxdu, 2 nəfər öldü

20:08 08-06-2021 | icon 3465
Azərbaycanda daha 102 nəfər  koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 273 nəfər müalicə olunaraq sağalıb, 102 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib. Aktiv xəstə sayı 2515 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 581 min 073 test aparılıb. Bugünkü test sayı isə 8655-dir.