Azərbaycan və İran Milli kitabxanaları əməkdaşlıq memorandumu imzayıb
İyunun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında onlayn formada Əməkdaşlıq Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Kitabxanasından bildirilib.
Kitabxananın direktoru, professor Kərim Tahirov Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında təxminən 2000-ci illərin əvvəllərində qurulan əməkdaşlıq əlaqələrinin danışıb: “Bu gün imzalanacaq əməkdaşlıq memorandumu bu əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə səbəb olacaqdır. O qeyd edib ki, hər iki ölkənin qədim tarixi, ortaq mədəni dəyərləri vardır. Biz İran İslam Respublikasının Milli Kitabxanası ilə bir sıra beynəlxalq miqyaslı layihələrdə və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik. Bir həftədən sonra bu təşkilatın növbəti konfransında onlayn iştirak edəcəyik”.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcəkdir: “İran dünyanın ən zəngin kitab bazarlarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunması və hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır”.
Diplomat qeyd edib ki, mədəniyyət naziri Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlinib. Bildirib ki, İran Mərkəzi Kitabxanası köhnə nəşrlərin restovrasiyasında böyük təcrübəyə malikdir.
Sonra İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək bildirib ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaqdır. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər.
İran Mərkəzi Kitabxanasında “Xalqlar salonu” olduğunu deyən Əşrəf Boroujerdi bildirib ki, həmin salonda müxtəlif ölkələrin tarixi, mədəniyyətləri nümayiş olunur. Həmin guşədən də daha çox istifadə edən məhz gənc oxuculardır. O, məhz bu guşədə Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair materialların nümayiş olunacağı bir bölmənin yaradılacağını bildirib.
Əşrəf Boroujerdi, həmçinin qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və UNESCO-da qeydə alınan “Xəmsə”nin ən qədim nüsxəsi saxlanılır.
Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında da “Beynəlxalq Əməkdaşlıq zalı” vardır ki, həmin zalda 14 ölkənin tarixinə, mədəniyyətinə dair ədəbiyyatlar nümayiş olunur. “Nizami Gəncəvi İli” çərçivəsində Nizami Gəncəviyə məxsus Tehranda saxlanılan ən qədim əlyazma nüsxələrin digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi böyük təqdirəlayiq addım olacaqdır.
Vurğulanıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 48 ölkəsində saxlanılan 100-dən artıq Nizami əlyazmalarının digital nüsxələrini artıq əldə edib və payızda Bakıda onların sərgisi keçiriləcək.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olublar.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir