logo

Baş Prokurorluq:AQTA xəstəxanalarda qanun pozuntuları aşkarlayıb

17:27 08-06-2021 | icon 2079
Baş Prokurorluq:AQTA xəstəxanalarda qanun pozuntuları aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin materiallar ərazi üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.