logo

İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 660 min manat ayırdı

15:10 08-06-2021 | icon 1729
İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 660 min manat ayırdı

Prezident İlham Əliyev  iyunun 8-də “Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 660 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.