logo

Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası təsdiqlənib

13:43 08-06-2021 | icon 1834
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə uyğun olaraq, 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 8-də keçirilən növbədənkənar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası üzrə gəlirləri 24 681 734,6 min manat, xərcləri isə 26 416 297,5 min manat məbləğində müəyyən edilib.

Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub.

2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat, xərcləri isə 29 milyard 160,3 milyon təşkil edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.