logo

Bosniyalı parlamentarilər Azərbaycana  səfərə gəlib

12:51 08-06-2021 | icon 1771
Bosniyalı parlamentarilər Azərbaycana  səfərə gəlib

İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Bosniya və Herseqovina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Bosniya və Herseqovinanın parlament nümayəndə heyəti Azərbaycan rəsmləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.