logo

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

11:10 08-06-2021 | icon 1701
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

Qırğızıstan parlamenti-Joqorku Keneşin Beynəlxalq əməkdaşlıq, müdafiə və təhlükəsizlik komitəsi Kayrat Osmanaliyevin Azərbaycana səfir təyin olunmasını təsdiq edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Joqorku Keneşin mətbuat xidmətindən bildirilib ki,  Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın üzvüdür.

Növbəti mərhələdə Qırğızıstan prezidenti Sadır Japarov bu təyinatı təsdiqləməlidir.

Kayrat Osmanaliyev Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru olub.