logo

Paytaxtın bütün yollarında nəqliyyatın hərəkəti bərpa olunub

09:08 08-06-2021 | icon 1708
Paytaxtın bütün yollarında nəqliyyatın hərəkəti bərpa olunub

Bu gün səhər saat 06:00-dan etibarən "Bakı Şəhər Halqası"nın əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, iyunun 8-dən  1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilib. "Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik",-deyə məlumatda bildirlib.

Xatırladaq ki, 4-6 iyun tarixlərində Bakıda "Formula-1" Azərbaycan Qran Pri-si səbəbindən paytaxın bir sıra mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün qapadılmışdı.