logo

"EURO-2020": İki komanda Bakıya yola düşdü

09:03 08-06-2021 | icon 4228
"EURO-2020": İki komanda Bakıya yola düşdü
"EURO-2020"nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.
 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hər iki kollektiv turnirə hazırlığını Bakıda davam etdirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

 

"EURO-2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu

12 iyun, saat 17:00

Uels – İsveçrə

16 iyun, saat 20:00

Türkiyə - Uels

20 iyun, saat 20:00

Türkiyə - İsveçrə

 1/4 final mərhələsi

3 iyul, saat 20:00

Xatırladaq ki, mayın 15-dən etibarən EURO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb. Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:

KASSA

ÜNVAN

Köşk №1

M.Rəsulzadə 3., Bakı,

Köşk №2

Bülbül prospekti, Nizami küç., Bakı

Köşk №3

Üzeyir Hacıbəyli küç.69x, Bakı

1 saylı "ASAN xidmət” mərkəzi

Həsən Əliyev küç.36, Bakı

2 saylı "ASAN xidmət” mərkəzi

Nobelprospekti 23, AMAYT.M., Bakı

3 saylı "ASAN xidmət” mərkəzi

Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletlərin qiymətləri:

1-ci kateqoriya - 250 AZN

2-ci kateqoriya - 150 AZN

3-cü kateqoriya - 60 AZN