logo

Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu

20:20 07-06-2021 | icon 3934
Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu

Egey dənizində 4,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:00-da qeydə alınıb. Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.