logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1,6 milyonu ötüb

17:10 07-06-2021 | icon 3864
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 1,6 milyonu ötüb

İyunun 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 601 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 334, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 267 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 546 min 770-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 611 min 499, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 935 min 271 nəfərdir.