logo

Azərbaycanda daha 32 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:59 07-06-2021 | icon 3745
Azərbaycanda daha 32 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 221 nəfər müalicə olunaraq sağalıb, 32 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib. Aktiv xəstə sayı 2688 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 572 min 418 test aparılıb. Bugünkü test sayı isə 4673-dür.