logo

Paytaxtda cari tədris ilində 456 mindən çox şagird təhsil alıb

15:10 07-06-2021 | icon 2205
Paytaxtda cari tədris ilində 456 mindən çox şagird təhsil alıb

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-dən YeniAvropa-ya bildirilib ki, 2020-2021-ci tədris ilində bu məktəblərdə 456 min 76 şagirdin təlim-tərbiyəsi ilə 28 min 167 müəllim məşğul olur. Ümumi təhsil müəssisələrinin I siniflərində 44 min 847, IX siniflərində 34 min 874, XI siniflərində 20 min 24, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.