logo

Şimal və qərb bölgəsində daha 3 gün hava yağıntılı olacaq,dolu düşəcək

14:24 07-06-2021 | icon 1995
Şimal və qərb bölgəsində daha 3 gün hava yağıntılı olacaq,dolu düşəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.