logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

12:52 07-06-2021 | icon 1589
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 28 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.