logo

Daha bir boksçumuz "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

09:10 07-06-2021 | icon 2863
Daha bir boksçumuz "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində növbəti uğur qazanıb və "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

 YeniAvropa xəbər verir ki, boksçumuz Olimpiadaya vəsiqə uğrunda ukraynalı rəqibi Tsotne Roqavaya qalib gəlib.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri Parisin cənub-qərbində yerləşən Villebon-sur-Yvette şəhərindəki “Grand Dome” idman sarayında keçirilir. Yatışlar iyunun 8-dək davam edəcək.