logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 935 mini ötüb

16:56 06-06-2021 | icon 3493
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 935 mini ötüb

İyunun 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 84 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 275, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 3 min 809 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 546 min 169-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 611 min 165, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 935 min 4 nəfərdir.