logo

Xalq artisti koronavirusdan dünyasını dəyişdi

15:10 06-06-2021 | icon 2478
Xalq artisti koronavirusdan dünyasını dəyişdi

Rusiya teatr və kino aktyoru Artem Ançukov bu gün dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə onun sevgilisi müğənni Tatyana Bulanova özünün "İnstaqram" hesabında məlumat paylaşıb.

Tatyana Bulanova qeyd edib ki, sənətçi koronavirus səbəbindən ölüb:

"Artem koronavirusun nəticələrindən öldü. Virus ağ ciyərlərinin 87 faizini məhv etmişdi”.

Qeyd edək ki, Artem Ançukov 19 iyul 1981-ci ildə Rusiyanın Vologda vilayətində anadan olub.

"Sınıq İşıqların Küçələri”, "NLS Agentliyi”, "Qanqster Peterburq”, "Opera. Qırğın şöbəsinin salnamələri "," Molodezhka "və bir çox digər seriallarda çəkilib.

İnquşetiya Respublikasının xalq artisti idi.