logo

Daha bir boksçumuz Tokio Olimpiadasına lisenziya qazana bilər

10:44 06-06-2021 | icon 3010
Daha bir boksçumuz Tokio Olimpiadasına lisenziya qazana bilər

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki, boksçumuz bu il keçiriləcək "Tokio-2020" Yay Olimpiya Oyunlarına  vəsiqə uğrunda ilk döyüşünü uğurla keçirib.

Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) qarşılaşan M.Abdullayev səkkizdəbir final çərçivəsində baş tutan görüşdə 5:0 hesabı ilə qalib gəlib. O, dörddəbir finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. İdmançımız yarımfinala yüksələcəyi halda "Tokio-2020"yə vəsiqə əldə edəcək.

Qeyd edək ki, bundan əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) Avropa Olimpiya təsnifat turnirində Tokio Olimpiadasına lisenziya qazanıblar.