logo

Qarabağda 10 noyabrdan sonra 27 azərbaycanlı mina partlaması səbəbindən həlak olub

22:30 05-06-2021 | icon 2240
Qarabağda 10 noyabrdan sonra 27 azərbaycanlı mina partlaması səbəbindən həlak olub
Türkiyənin "Haber Global” saytı Qarabağda hərbi əməliyyatların sona çatdığı gündən bəri erməni minalarına düşərək həyatını itirmiş azərbaycanlılarla bağlı araşdırma aparıb.
 YeniAvropa xəbər verir ki, araşdırmada bildirilir ki, atəşkəs barədə 10 noyabr 2020-ci il razılaşmasından indiyədək 20 mülki şəxs və 7 hərbçimiz işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 89 hərbçi və 29 mülki şəxs isə yaralanıb.
 
Bununla yanaşı, sayt son aylar ərzində mina partlaması nəticəsində həyatını itirmiş azərbaycanlı mülki şəxslər barədə qısa aftobioqrafik məlumatları dərc edib.
 
 
Mahmudov Bəxtiyar Mahmud oğlu
 15.06.1988-ci il tarixində Laçın rayonunun Ərikli kəndində anadan olub. Evli olub. Tərtər rayonunun Seyidimli kəndində yaşayırdı, 18.02.2021-ci il tarixdə saat 18.00 radələrində Tərtərin işğaldan azad edilmiş Talış kəndində tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirib.
 
Əhmədov Yasin Ələsgər oğlu
07.12.1984-cü il tarixində Xocavənd rayonunun Köşbək kəndində anadan olub. Evli olub. 14.11.2020-ci ildə Füzulidə minaya düşərək həlak olub.
 
Hacıyev Şakir Məhərrəm oğlu
10.05.1955-ci ildə Füzülinin Üçbulaq kəndində anadan olub. Subay olub. 28.11.2020 il tarixində, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki minaya düşərək həlak olub. 
 
Hacıyev Zülfüqar Adişirin oğlu
23.09.1959-cu ildə Füzuli rayonunun Hoğa kəndində anadan olub. Evli olub. 28.11.2020-ci il tarixdə, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.
 
Hacıyev Firudun Məhərrəm oğlu 
23.07.1964-cü ildə Füzuli rayonunun Hoğa kəndində anadan olub. Evli olub. 28.11.2020-ci il tarixdə, saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.
 
Adilzadə Zibeyde Şakir qızı
30.11.1982-ci ildə Füzülinin Üçbulaq kəndində anadan olub. 28.11.2020-ci il tarixdə saat 15:00 radələrində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində maşınla keçərkən minaya düşərək həlak olub.
 
Babayev Zabil Qabil oğlu
26.05.1981-ci ildə Füzulinin Şükürbəyli kəndində anadan olub. 1 yanvar 2021-ci il tarixdə, saat 11:00 radələrində Füzuli rayonunun işğalından azad edilmiş Qorqan kəndində erməni qüvvələri tərəfindən qoyulmuş minaya düşərək həlak olub.
 
İmanov Bəhruz Telman oğlu
 
03.04.1981-ci ildə anadan olub. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayıb. 02.02.2021-ci il tarixdə, saat 17:00 radələrində işğaldan azad edilən Yuxarı Yağlıvənd kəndində torpaq yolda yük maşınıyla keçərkən tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirib.
 
Məmmədov Elçin Qanboy oğlu
 
17.07.1990-cı ildə Ağdam rayonunda anadan olub. Ağdamın Zəngişanlı kəndində yaşayıb. 13.12.2020-ci il tarixində Ağdamın Zəngişanlı kəndində mina partlaması nəticəsində ölüb.
 
Hüseynov Bayram Akif oğlu
 

12.03.1987-ci ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonunun Əfəli kəndində yaşayıb. 16.03.2021-ci il tarixində Ağdam rayonunun Yusifcanlı kəndində mina partlaması nəticəsində həyatını itirib.
 
Hüseynov Razi Akif oğlu 
 
28.12.1979-cu ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonunun Əfəli kəndində yaşayıb. 16.03.2021-ci il tarixində Ağdam rayonunun Yusifcanlı kəndində mina partlaması nəticəsində həyatını itirib.
 
Verdiyev Şahin Vahid oğlu
 
01.01.1977-ci ildə Ağcabədi rayonunda anadan olub. 26.04.2021-ci il tarixdə, saat 17:00 radələrində Ağdam rayonunun Mərzili kəndində minaya düşərək həlak olub.
 
Quliyev Mehman Allahverdi oğlu
 
 
06.12.1988-ci ildə anadan olub, 7 fevral 2021-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi "TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.
 
Ələsgərov Müstəqim Allahvərən oğlu
 
11.11.1971-ci ildə anadan olub. 7 fevral 2021-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi "TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.
 
Əhmədov İlqar Nəbi oğlu 
 
18.12.1969-cu ildə anadan olub. 7 fevral 2021-ci il tarixdə, saat 17.00 radələrində Cəbrayıl rayonunun Nüzgər kəndində maşınla üzərindən keçdiyi "TM62P2” tipli minanın partlaması nəticəsində həlak olub.
 
Yaqubov Fəxrəddin Yaqub oğlu
 
09.07.1962-ci ildə Qubadlı rayonunda anadan olub. Evli idi. 22.11.2020-ci il tarixdə saat 11:00 radələrində ərazidə yaralı əsgərin olub-olmadığını yoxlamaq üçün təcili tibbi yardım maşınında Qubadlı rayonundan Laçına gedərkən mina partlaması nəticəsində həlak olub.
 
Qəhrəmanov Üzeyir Xəlil oğlu
 
22.02.1969-cu ildə Füzuli rayonunun Bəhmənli kəndində anadan olub. Evli idi. 22.11.2020-ci il tarixdə, saat 11:00 radələrində ərazidə yaralı əsgərin olub-olmadığını yoxlamaq üçün təcili tibbi yardım maşınında Qubadlı rayonundan Laçına gedərkən mina partlaması nəticəsində həlak olub.
 
İbrahimov Məhərrəm Əli oğlu (Jurnalist)
 
 
16.04.1982-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
 
Abışov Sirac Abış Oğlu (operator)
 
Abışov Sirac 1989-cu ildə anadan olub. Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
 
Əliyev Arif Ağalar oğlu
 
 
Arif Əliyev Kəlbəcər rayon Susuzluq kəndinin icra nümayəndəsi idi. 04.06.2021-ci il tarixdə saat 11:00 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndində vəzifəsini yerinə yetirərkən maşınla tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.