Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir-Hikmət Hacıyev
Kəlbəcərdə mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir.
YeniAvropa xəbər verir ki, bunu prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida zamanı jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək haldır: “Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da bilərəkdən öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.
Prezidentin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb: “Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, Ermənistan mina xəritələrini təhvil verməlidir. Bu, eyni zamanda, Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasət yürüdən, mülki insanları hədəf alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasəti yürüdən bir dövlətdən danışırıq. Biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyada əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir. Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki şəxslər, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu yerə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xəttindən və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız mülki insanları öldürməkdir”.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası tərəfindən minalarla bağlı artıq dövlət ittihamı səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında məsələ qaldırılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir