logo

Daha bir sabiq bələdiyyə sədri həbs edildi

16:13 05-06-2021 | icon 2464
Daha bir sabiq bələdiyyə sədri həbs edildi

Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urfulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə həmin vəzifədə işləyərkən Urufulla Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin olunması və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Urfulla Qocayev iyunun 3-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.