logo

Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn edilib

13:57 05-06-2021 | icon 1862
Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn edilib

Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyevlə vida mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, vida mərasimi Göygöl rayonunun Xasabağ kəndində keçirilib. Şəhidin ailə üzvlərinin, yaxınlarının, rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdən sonra onun cənazəsi Göygöl rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, jurnalistlərdə ibarət çəkiliş qrupunu aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, habelə Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.