logo

AZƏRTAC-ın şəhid jurnalisti ilə vida mərasimi keçirilib

12:06 05-06-2021 | icon 5187
AZƏRTAC-ın şəhid jurnalisti ilə vida mərasimi keçirilib

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin(AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, mərasimdə mərhumun jurnalist həmkarları, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra şəhid jurnalist Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarlarının yanında dəfn olunacaq.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin(AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.