logo

“Fatih” kəşfiyyat gəmisi Qara dənizdə yenii qaz yatağı tapıb-Ərdoğan

10:59 05-06-2021 | icon 7091
“Fatih” kəşfiyyat gəmisi Qara dənizdə yenii qaz yatağı tapıb-Ərdoğan

Türkiyənin “Fatih” kəşfiyyat gəmisi Qara dənizdə “Sakarya” yatağındakı “Amasra-1” quyusunda 135 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb. Bununla da Qara dənizdə araşdırma aparan “Fatih” gəmisi tərəfindən aşkarlanan ümumi təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətindəki Osmanlı sultanı Əbdülhəmid dövrünə aid 150 illik tarixi olan “Filyos limanı”nın rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Qeyd edilib ki, Türkiyənin üç böyük limanından biri olan “Filyos” ölkə ixracatına da çox əhəmiyyətli bir töhfə verəcək və boğazların yükünü yüngülləşdirəcək. Liman, eyni zamanda, aşkarlanan təbii qazın quruya bağlanmasında da əhəmiyyətli rol oynayacaq.

Türkiyə prezidenti, eyni zamanda, ilin sonuna qədər ölkə ixracatının 200 milyard dollara çatdırılacağını vurğulayıb.