logo

Prezidentinin korteji qəzaya düşdü:mühafizəçi həlak oldu

17:20 04-06-2021 | icon 4144
Prezidentinin korteji qəzaya düşdü:mühafizəçi həlak oldu

Qırğızıstan prezidenti Sadır Japarovun korteji qəzaya düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə başçısının mətbuat xidmət məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hadisə İssık-Kul ərazisində baş verib. Qəza nəticəsində prezident mühafizəsinin əməkdaşı həlak olub. S.Japarovun heç bir xəsarət almadığı bildirilib.
 
İnsidentə səbəb qarşıdan gələn minik avtomobilinin əks yola çıxaraq prezident mühafizəsi maşınına çırpılması olub.
 
Hazırda qəzanın təfərrüatları araşdırılır.