logo

Pandemiya dövründə sahibkarlara 1 milyard manat yardım edilib-Nazir

15:55 04-06-2021 | icon 1568
Pandemiya dövründə sahibkarlara 1 milyard manat yardım edilib-Nazir

Azərbaycan dövləti hər zaman sahibkarlıq subyektlərini dəstəkləyir.

YeniAvropa xəbər verir ki, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransında çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, COVID-19 pandemiyası dövründə dövlət sahibkarlara bir milyard manatadək məbləğdə dəstək verib.

Mikayıl Cabbarov bildirib ki, qeyri-formal fəaliyyət göstərən sahibkarlar formal məşğuliyyətə keçirlər: "Təbiidir ki, son iki il ərzində yaradılmış bəzi fondlarda özəl sektordan köçürmələr üstünlük təşkil edir. Bu, Azərbaycanda biznes mühitinin inkişafının növbəti göstəricisidir".

M.Cabbarov əlavə edib ki, Azərbaycanda dövlətin qarşısında iqtisadi artımı təmin etmək, dövlətlə sahibkar arasında əlverişli mühiti inkişaf etdirmək tapşırığı dayanır.