logo

Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

15:35 04-06-2021 | icon 2149
Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qulluqçunun meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Verdiyev Eldəniz Rabil oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm tədbirlərinin icrası davam etdirilir, 

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.