logo

MEDİA Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı məlumat yaydı 

14:04 04-06-2021 | icon 3255
MEDİA Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı məlumat yaydı 

İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin(AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin(MEDİA), Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının birgə məlumatında bildirilir. Qeyd edilib ki, hadisə nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, yaralananlar var.

"Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik",-deyə məlumatda qeyd edilib.