logo

Şəhid ailələri, müharibə əlili və veteranların “Zəfər reyestri”  yaradılır

10:58 04-06-2021 | icon 1596
Şəhid ailələri, müharibə əlili və veteranların “Zəfər reyestri”  yaradılır

Şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestri yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən YeniAvropa-ya bildirilib ki, reyestrə şərti olaraq “Zəfər reyestri” adı verilib.

Bu reyestrə şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları toplanılacaq. Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın.

Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestr ilin sonuna qədər tam formalaşdırılacaq.