Bakı şəhər halqası "Formula-1" Azərbaycan Qran-Prisinə tam hazırdır
Bakıda "Formula-1" yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yürüşə hazırlığı başa çatdırıb.
Əməliyyat Şirkətindən YeniAvropa-ya bildirilib ki, dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə bir gün qalıb. Bu həftə sonunda Bakıda keçiriləcək beşinci "Formula-1" yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) "Formula-1" üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi iyunun 3-də "Formula-1"dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı şəhər halqasına son dəfə baxış keçirib.
Builki yarış davam edən koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək. Pandemiya, həmçinin belə bir dünya miqyaslı idman tədbirinin keçirilməsi üçün tələb olunan işləri artırsa da, yarışa hazırlıq prosesini yavaşlada bilməyib.
20 döngəli və 6 kilometrdən bir qədər çox uzunluğa malik Bakı şəhər halqasının iyunun 4-6-da baş tutacaq "Formula-1" yarış həftəsonuna hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət BŞH komandasının son dörd ayda xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərindəki bütün tikililər Əməliyyat Şirkəti ilə "Formula-1" işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub.
Avtoidmanın zirvəsi sayılan "Formula-1" yarışı bu həftəsonu iki ildən sonra, çempionatın ən vacib mərhələsində “asfalt cəngavərlərinin evini” yenidən alovlandıracaq. Ötən həftə Monakoda baş tutmuş yarışda Maks Ferstappen və komandası “Red Bull Racing” keçən ilin çempionu və mühəndislər kubokunun sahibi Luis Hemilton və komandası “Mercedes AMG Petronas” üzərində üstünlük qazandıqdan sonra çempionatdakı mübarizə daha rəqabətli müstəviyə keçib.
2016-cı ildə "Formula-1" təqvimindəki ilk çıxışından etibarən indiyədək baş tutan bütün yarışlarda fərqli qalib olan Bakı şəhər halqası qısa müddət ərzində möhtəşəm, dramatik və gözlənilməz yarışlar təqdim edərək azarkeş və pilotların sevimli trekinə çevrilib.
BŞH-nın icraçı direktoru Arif Rəhimov yarışla bağlı danışarkən deyib: "“Formula-1" ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən “Bakı Şəhər Halqası”nın bütün kollektivi ilə fəxr edirəm. "Formula-1" bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət "Formula-1" Azərbaycan Qran Prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”
FIA rəsmisi M.Masi trekin yarışa hazırlığını belə qiymətləndirib: “Azərbaycana yenidən gəlməkdən, həmçinin Azərbaycan Avtomobil Federasiyasının və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı şəhər halqası yarış üçün əla vəziyyətdədir”.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb