logo

Meriyanın it yeməyi almaq üçün keçirdiyi tenderi Lerikdəki 10 manatlıq şirkət udub

16:26 03-06-2021 | icon 3423
Meriyanın it yeməyi almaq üçün keçirdiyi tenderi Lerikdəki 10 manatlıq şirkət udub

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 YeniAvropa xəbər verir ki, tender müsabiqəsinin qalibi "Qırdəhal” MMC (VÖEN- 6300299631) olub.

Müsabiqənin şərtinə görə Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Qırdəhal” MMC-dən itlər üçün quru yemlər alacaq və bunun üçün 49 min 925 manat ödəniləcək.

Qeyd edək ki, "Qırdəhal” MMC 05.12.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Lerik rayonu Andurma kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Müseyibov Cavid Cahangir oğludur.

Onu da bildirək ki, ötən ay Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi "Peyk-KN” MMC (VÖEN-1003031041) adlı şirkətdən də 53 min 520 manat dəyərində it yemi satın alıb./Yeniavaz.com