logo

"Azercell" tələbələr üçün yeni karyera imkanları yaradır

15:55 03-06-2021 | icon 1617
"Azercell" tələbələr üçün yeni karyera imkanları yaradır

Fəaliyyəti boyunca gənc nəslin peşəkar və fərdi inkişafına dəstək olan “Azercell Telekom” MMC növbəti karyera sərgisində öz stendi ilə təmsil olunub.

YeniAvropa xəbər verir ki, iyun ayının 2-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təşkil edilən sərgidə "Azercell"in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri sərgi iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb. Tədbir iştirakçıları şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları, kadrların seçilməsi və işə qəbul prosesləri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, "Azercell" mütəmadi olaraq karyera sərgilərində iştirak edərək öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə dəstək olmağa çalışır. Şirkət may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn formatda təşkil etdiyi X Məzun-Karyera Sərgisinə də qatılıb. 63 dövlət qurumu və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən bu sərgidə ümumilikdə 200-dən çox vakansiya və 300-dək təcrübə yeri təqdim olunub.

Azərbaycanda təhsilin inkişafına daima töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən "Azercell" bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.