logo

Vətən müharibəsində itkin düşən daha 2 hərbçimizin şəhid xəbəri gəldi

10:10 03-06-2021 | icon 5236
Vətən müharibəsində itkin düşən daha 2 hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qulluqçunun meyiti tapılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək meyitləri aidiyyəti üzrə verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm tədbirlərinin icrası davam etdirilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!