logo

İranda neftayırma zavodunda güclü yanğın baş verib

21:49 02-06-2021 | icon 4298
İranda neftayırma zavodunda güclü yanğın baş verib

İyunun 2-də axşam saatlarında İranın paytaxtı Tehran şəhərinin yaxınlığında fəaliyyət göstərən neftayırma zavodunda güclü yanğın baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib.

Yanğınla əlaqədar olaraq zavod fəaliyyətini tam olaraq dayandırıb.

Yanğın zamanı ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Hadisənin baş vermə səbəbi ilə araşdırma aparıldığı qeyd edilib.