logo

Qəbələdə mağazadan 10 min manatlıq siqaret oğurladı-yaxalandı

17:27 02-06-2021 | icon 1904
Qəbələdə mağazadan 10 min manatlıq siqaret oğurladı-yaxalandı

Qəbələ rayonunun Zarağan kəndində tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, müraciət əsasında Qəbələ və Zaqatala rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.

Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.