logo

Almaniya 28 Azərbaycan vətəndaşını deportasiya etdi

17:07 02-06-2021 | icon 1897
Almaniya 28 Azərbaycan vətəndaşını deportasiya etdi

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində Azərbaycan Respublikasının 28 vətəndaşı Almaniya Federativ Respublikasından ölkəmizə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti DMX tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.