logo

Vətən müharibəsi şəhidlərinin yenilənmiş SİYAHISI

16:36 02-06-2021 | icon 2051
Vətən müharibəsi şəhidlərinin yenilənmiş SİYAHISI

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

 YeniAvropa Nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbələri və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı