logo

Milli Məclisin sədri İslamabadda  Mustafa Şəntopla görüşüb

13:53 02-06-2021 | icon 1547
Milli Məclisin sədri İslamabadda  Mustafa Şəntopla görüşüb

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki qardaş ölkənin parlament sədrləri regional əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

TBMM-in sədri Mustafa Şəntop 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova, öz növbəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.