logo

Azərbaycanın və Türkiyənin baş prokurorları Gəncəyə səfər ediblər

11:44 02-06-2021 | icon 1603
Azərbaycanın və Türkiyənin baş prokurorları Gəncəyə səfər ediblər

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 2-də Gəncə şəhərinə səfər ediblər.

YeniAvropa xəbər verir ki, baş prokurorlar əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edirlər.

Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Nümayəndə heyətinin erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.

Məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən ümumilikdə beş dəfə ağır artilleriya və raket zərbələri ilə atəşə tutulub. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.

Daha sonra qonaqlar Gəncə şəhər Prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olublar. Onlara prokurorluğun fəaliyyəti barədə ətraflı məlumat verilib.