logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:13 02-06-2021 | icon 1498
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 44 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah sursatla bağlı 1 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.