logo

Neft Fondu bu il “AÇG” layihəsindən 1,85 milyard dollar qazanıb

10:50 02-06-2021 | icon 3227
Neft Fondu bu il “AÇG” layihəsindən 1,85 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar-may aylarında 1 milyard 850,2 milyon ABŞ dolları gəlir əldə edib.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar olub.