Sahibə Qafarova İclamabadda özbəkistanlı həmkarı ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə spiker Azərbaycan və Özbəkistanın dost və yaxın ölkələr olduğuna diqqət çəkərək, xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin əlaqələrimizin daha da dərinləşməsinə yaxşı imkan yaratdığını söyləyib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qalxmasında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsirini göstərib.
Görüşdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər barədə danışan Milli Məclisin sədri ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə reallaşdırdığını bildirib. O, qeyd edib ki, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. İndi isə bu ərazilərdə bərpa və quruculuq dövrü başlayıb. Reallıqlarla barışmaq istəməyən Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır.
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Milli Məclisin spikeri ilə görüşdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əlaqələrimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirir və xatirəsini əziz tuturlar.
Söhbətdə bildirilib ki, Özbəkistan ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan yaxşı xəbərdardır və Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izləyir.
Nurdinjon İsmoilov siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir